Avropa təhlükəsizliyi ABŞ olmadan fəaliyyət göstərə bilən Avropa Müdafiə Birliyinin yaradılmasını tələb edir.
Reuters agentliyinin məlumatına görə, bunu AB Müdafiə Komissarı Andrius Kubilius bildirib.
Kubilius Avropa Parlamentindəki çıxışında bildirib ki, “Avropanın müdafiə məsuliyyəti əməkdaşlığımız üçün institusional çərçivə, yəni Avropa Müdafiə Birliyi tələb edir”.
Onun sözlərinə görə, AB-nin əsas prioriteti, məsələn, kosmik kəşfiyyat və hava-hava yanacaqdoldurma da daxil olmaqla, Avropanın döyüş hazırlığını təmin edən Amerika “strateji qüvvələrinin” əvəz edilməsi olmalıdır.















