Şimali Atlantika Alyansı Donald Trampın prezidentliyindən “sağ qalacaq”.
Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas El Mundo qəzetinə müsahibəsində bildirib.
“Mən buna əminəm. Bu güclü ittifaqdır” deyə o vurğulayıb.
Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, NATO müttəfiqləri arasında potensial ticarət müharibəsindən yeganə qalib Çin olacaq.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Donald Tramp administrasiyasının ritorikasına baxmayaraq, ABŞ-ın NATO-dan çıxması ehtimalı azdır.