Avropa ölkəsi Aİ-yə qoşulmaqdan imtina etdibackend

İsveçrənin Avropa İttifaqına qoşulmaq planı yoxdur və onilliklər boyu mövcud olan əməkdaşlıq formatına riayət etmək niyyətindədir.

Bu barədə İsveçrə Xarici İşlər Nazirliyindən “İzvestiya”ya məlumat verilib.

Onlar bildiriblər ki, ölkə Aİ ilə “münasibətləri sabitləşdirmək və inkişaf etdirmək”, eləcə də “yeni müqavilələr paketi vasitəsilə ikitərəfli əməkdaşlıq formatını davam etdirmək” niyyətindədir.

Bundan əlavə, nazirlik qeyd edib ki, İsveçrə Avropa İttifaqı ilə münasibətlərində Aİ-nin daxili bazarında sektoral iştirakı və geniş əməkdaşlıq müqavilələrini əhatə edən ikitərəfli yanaşmaya riayət edir. Onlar vurğulayıblar ki, bu yanaşma 20 ildən çoxdur ki, mövcuddur və effektivdir.

Nazirlik əlavə edib ki, “bu, bir neçə mümkün variantdan ən üstünü seçilib, o cümlədən Aİ-yə və ya Avropa İqtisadi Bölgəsinə qoşulmaq da daxil olmaqla”.