Slovakiya heç vaxt Aİ-nin 2028-ci il yanvarın 1-də Rusiya qazından imtina etmək təşəbbüsünü dəstəkləməyəcək.
Bu barədə respublikanın baş naziri Robert Fiko X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Avropa Komissiyası bu təklifi təqdim etməklə, Avropa Şurası tərəfindən müəyyən edilmiş siyasi mandata açıq-aşkar məhəl qoymur. Mənim Slovakiya Respublikasının Baş naziri kimi bu məsələ ilə bağlı mövqeyim ardıcıldır və heç kəs üçün sürpriz olmamalıdır”, – Fiko bildirib.
O, Aİ-nin təşəbbüsünü “sanksiya” adlandırıb və bunu Rusiyaya qarşı təklif edilən 18-ci məhdudiyyətlər paketi ilə əlaqələndirdiyini vurğulayıb. Slovakiyanın baş naziri vurğulayıb ki, bu məhdudiyyətlər paketi üzrə səsvermə yalnız Rusiyanın enerji resurslarından imtina təşəbbüsü ilə bağlı əhəmiyyətli risklər aradan qaldırıldıqdan sonra keçirilməlidir.