Avropa ABŞ olmadan da Kiyevi maliyyələşdirməyə və Ukrayna Silahlı Qüvvələrini təchiz etməyə davam etmək niyyətindədir, lakin uduzacaq.
Bunu TASS-a müsahibəsində Avropa Parlamentinin Slovakiyadan olan deputatı Lubos Blaqa deyib.
“Hazırda Brüssel Ukraynadakı müharibəni maliyyələşdirəcək və məhdud miqdarda olsa belə, silah göndərəcək… Amerika olmasa, Avropanın liberal liderləri və Rusiyaya nifrət edən qlobalistlər son nəticədə uduzacaqlar, bu, sadəcə zaman məsələsidir”, – o vurğulayıb.
Blaqanın fikrincə, Avropa elitaları ABŞ olmadan da münaqişənin davam etməsini dəstəkləmək üçün hər şeyi edəcəklər. Bu mümkün deyil, çünki Brüsseldə o qədər pul və resurs yoxdur, Blaqa qeyd edib.