Avropa Parlamenti Bolqarıstanın gələn il avro zonasına daxil olmasını təsdiqləyibbackend

Avropa Parlamentinin (AP) üzvləri Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını dəstəkləyiblər.

Bu qərar AP-nin Strasburqda keçirilən plenar iclasında qəbul edilib və səsvermənin yayımı parlamentin saytında dərc olunub.

Belə ki, 531 deputat avrozonaya qoşulmanın lehinə, 69-u əleyhinə səs verib, daha 79 deputat isə bitərəf qalıb.

Avropa Xalq Partiyasının (EPP) üzvü, Avropa Parlamentinin ölkənin avro zonasına daxil olması ilə bağlı məruzəçisi Eva Maidel “Bolqarıstan valyuta ittifaqına qoşulmağa hazırdır” deyib.