DPA agentliyi mənbələrə istinadən xəbər verir ki, Avropa Parlamenti gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyenə etimad səsverməsi keçirməyi planlaşdırır.
Jurnalistlər iddia edirlər ki, Avropa Parlamentinin sədri Roberta Metsola artıq fraksiya liderlərinə qarşıdan gələn etimad səsverməsini elan edib. Bu məsələ fon der Leyenin COVID-19 peyvəndi almaqda səlahiyyətlərini aşdığı üçün qaldırılıb.
Financial Times (FT) qəzetinin xəbər verdiyi kimi, ifrat sağçı Avropa Parlamentinin deputatları, AB məhkəməsinin bir əczaçılıq şirkətinin rəhbəri ilə yazışmaları ilə bağlı fon der Leyenə qarşı qərar çıxarmasından sonra bütün AK-nin istefasını tələb edən vəsatətlərinə kifayət qədər dəstək əldə etdiklərini iddia edirlər.