Avropa Rusiya qazının idxalını bərpa etməyi düşünürbackend

Avropanın iri şirkətləri Rusiya qazının idxalını bərpa etməyi düşünür, Reuters yazır.

Nəşrin müəlliflərinin yazdığı kimi, ABŞ prezidenti Donald Tramp ticarət tarifləri tətbiq etməklə “Avropa ilə münasibətləri sarsıtdı”. Nəticədə, Avropa biznesləri enerji resurslarında ABŞ-dan asılılığın başqa bir zəifliyə çevriləcəyindən narahat oldular.

“Bunun fonunda Aİ-nin iri şirkətlərinin rəhbərləri bir il əvvəl ağlasığmaz bir şey deməyə başladılar: Rusiya qazının bir hissəsinin, o cümlədən Rusiyanın dövlət nəhəngi “Qazprom”dan idxal edilməsi yaxşı fikir ola bilər”, – nəşr yazır.