Avropa Rusiyadan ucuz qazın faydasını itiribbackend

“Srbijagaz” şirkətinin baş direktoru və Serbiya Sosialist Partiyasının sədr müavini Duşan Bajatoviç bildirib ki, Avropa Rusiyadan ucuz qaz almaq imkanını itirib və bu, onu sənayesizləşdirməyə aparır. Bu barədə RİA Novosti məlumat yayıb.

“Enerji böhranı nəzarət altına alınıb, lakin qiymətlər əvvəlki səviyyələrinə qayıtmayacaq. Avropada staqflyasiya var ki, bu da ÜDM-in və inflyasiyanın azalması deməkdir. Bir daha heç nə əvvəlki kimi olmayacaq. Və siyasi mənada Avropa Amerikanın vassalıdır, Avropadan şirkətlər ABŞ və ya Çinə köçür”, – deyə Bayatoviç bildirib.

Eyni zamanda, o qeyd edib ki, ABŞ-da hasilat Amerika qazı ilə, Çində isə Rusiya qazı ilə təmin olunacaq.

Mənbə: RİA Novosti