Avropa Rusiyaya qarşı sanksiyalar məsələsini ABŞ-a keçirmək istəyirbackend

Aİ hesab edir ki, Rusiyaya qarşı ən ciddi sanksiyaları məhz ABŞ tətbiq etməlidir.

Bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

“Neft və qaz idxalından tədricən imtina etmək öhdəliyi götürən blok getdikcə daha çox başa düşür ki, vintləri sıxmaq üçün Brüssel deyil, Vaşinqton daha uyğundur”, – nəşr qeyd edir.

Məqalədə bildirilir ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi enerji resurslarının Rusiya Federasiyasına satışına yeni ciddi məhdudiyyətlər nəzərdə tutmayacaq.