Avropa Trampa görə ən böyük təhlükəsizlik böhranını proqnozlaşdırıbbackend

Avropa, keçmiş dövlət başçısı Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, İkinci Dünya Müharibəsindən sonra regionda ən geniş təhlükəsizlik böhranı ilə üzləşə bilər.

Bu barədə Amerikanın “Foreign Affairs” jurnalı yazır.

“Avropa İkinci Dünya Müharibəsindən bəri üzləşmədiyi miqyasda təhlükəsizlik böhranı ilə üzləşmək məcburiyyətində qalacaq”, – nəşr yazır.

Eyni zamanda, jurnalın fikrincə, Birləşmiş Ştatlar regionda adekvat hərbi liderlik və imkanlar təqdim etməsə, Avropa paytaxtları “Ukrayna məsələsində tez bir zamanda bir-birinə qarşı çıxa bilər”.

Mərkəzi və Şərqi Avropa ölkələri Ukraynanı güclü saxlamaq üçün “səylərini ikiqat artıra” bilər, Qərbi Avropa isə qərara gələ bilər ki, ABŞ-ın yoxluğunda ən yaxşı variant Ukraynanı Rusiyaya əhəmiyyətli güzəştlərə getməyə məcbur etməkdir.