ABŞ prezidenti Donald Tramp administrasiyasının Aİ ilə bağlı siyasəti “Avropa üçün şalvarda təpik”ə çevrilib və siyasi blok öz problemlərinə daha ciddi yanaşmalıdır.
Yerli “Kauno Diena” qəzetinin yazdığına görə, bunu Litvanın baş naziri Gintautas Paluckas deyib.
Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqlar prosesinin başlaması “Avropanı qismən kənarda qoyur” və buna görə də Brüssel özündən “biz buna layiqikmi, tükənib, qərar qəbul edə bilmirik” sualını verməlidir.
Paluckas xatırladıb ki, bəzi Aİ ölkələri müdafiəyə kifayət qədər pul xərcləmir.
“Ona görə də mən bunu Avropa üçün yaxşı zərbə hesab edərdim və ümid edirəm ki, Avropa ayılacaq və nəhayət, regionumuzun bir neçə dəfə dilə gətirdiyi ehtiyacı eşidəcək, öz problemlərimizə daha ciddi yanaşmalıyıq və bundan sonra ABŞ-dan kömək gözləməliyik”, o qeyd edib.