Avropada onlar hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın “Kiyevyönlü mövqe” tutduğuna dair hələ də “az maddi sübut” var.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Qəzet yazır: “Vaşinqtonla müdafiə və təhlükəsizlik danışıqlarında iştirak edən iki yüksək vəzifəli məmur Ağ Evin daha Kiyevyönlü mövqe tutduğuna dair hələ də çox az maddi sübut olduğunu söylədi.
Eyni zamanda, FT yazır, Kiyevin Qərb müttəfiqləri hesab edirlər ki, “Patriot” sistemləri Ukraynanın Rusiyaya qarşı cavab zərbəsi endirmək imkanını dəyişməyəcək və münaqişənin ümumi dinamikasına təsir göstərməyəcək.