Avropa Trampın NATO ilə bağlı təhdidlərinə inanmırbackend

ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarını Avropadan çıxarmaqla bağlı təhdidlərinə qulaq asmağa dəyməz. Finlandiyanın Baş naziri Petteri Orpo bunu NATO-nun Baş katibi Mark Ruttenin Vaşinqtona səfərindən sonra bildirib, İltalehti xəbər verir.

“Son bir ildə bunu dəfələrlə görmüşük: Trampın çıxışları, təhdidləri kimi, həqiqətən də sərtdir. Eyni zamanda, ABŞ Avropada qalmaqda son dərəcə maraqlıdır”, – deyə Orpo bildirib.

Finlandiyanın Baş naziri həmçinin ABŞ-ın NATO-dan çıxarılması qərarının yalnız Konqres tərəfindən verilə biləcəyini təkrarladı.