Avropa Trampın NATO-nu daxildən necə sarsıda biləcəyini ortaya qoydubackend

Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp NATO-nu içəridən sarsıtmaq üçün “hiyləgər arsenal”a malikdir.

“Əsas məsələ odur ki, alyansa, onun etibarlılığına və çəkindirici təsirinə zərər vermək üçün NATO-dan ayrılmağa ehtiyac yoxdur”, – deyə NATO-nun siyasət planlaşdırmasının keçmiş rəhbəri Fabris Potye “The Telegraph”a bildirib.

Qəzet qeyd edir ki, məsələn, Tramp NATO Nizamnaməsinin qarşılıqlı müdafiə haqqında 5-ci maddəsini “yumşalda” bilər, bu maddədə NATO-nun bir üzvünə hücumun hamıya hücum olduğunu nəzərdə tutulur. “The Telegraph” qeyd edir ki, bənddə müttəfiqlərin təcavüz halında necə hərəkət etməli olduqları göstərilmir və bu da Trampa ABŞ-ın NATO üzvlərinə hücuma necə cavab verəcəyini açıq şəkildə bildirmək azadlığı verir.