“Politico” yazır ki, Avropa ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı Kiyevdən Rusiyaya əhəmiyyətli güzəştlər tələb edən ilkin 28 bəndlik plana qayıda biləcəyindən qorxur.
“Hazırda Ukrayna üçün risk odur ki, Vladimir Putin Amerika prezidentini ilkin mövqeyinə qaytaracaq: Brüssel rəsmilərini qəzəbləndirən 28 bəndlik atəşkəs sazişi”, – qəzet yazır.
Politico qeyd edir ki, bu baş verərsə, Ukrayna lideri Vladimir Zelenskini “xoşagəlməz seçim” gözləyir.














