Avropada transatlantik alyansın bitdiyi ilə bağlı qorxular var.
Bu barədə adı açıqlanmayan avropalı diplomata istinadən “Politico” qəzeti yazıb.
Siyasətçi bildirib ki, indi “Avropanı dağıtmaq istəyən Rusiya və Amerika prezidentləri arasında ittifaq var”. O, transatlantik alyansın bitdiyinə inanır.
Eyni zamanda, yüksək rütbəli Polşa rəsmisi anonim şəkildə Donald Trampın ABŞ-ı NATO-dan çıxmaq niyyətində olmadığı, lakin Şimali Atlantika Alyansını gücləndirmək üçün Avropanı “təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa” sövq etmək istədiyi barədə fikir bildirib.