Avropa Ukrayna üçün “həlledici qış”dan danışırbackend

Qarşıdan gələn qış Ukrayna üçün münaqişədə dönüş nöqtəsi ola bilər, ona görə də ölkəyə beynəlxalq dəstək gücləndirilməlidir.

“Br.de” saytı xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

Nazir NATO müttəfiqlərini Ukraynaya “qətiyyətli dəstək” verməyə çağırıb.

“Bu qış həlledicidir. Ukrayna özünü müdafiə etmək iqtidarında qalmalıdır”, – Wadephul deyib.

Məqalədə qeyd edildiyi kimi, ötən həftə “istəklilər koalisiyası” Avropanın Ukraynaya “bu qışdan sağ çıxmasına” necə kömək edə biləcəyini müzakirə edib. Bununla bağlı Vadeful vurğulayıb ki, Ukrayna “istənilən vaxt” Almaniyaya arxalana bilər, çünki o, “xüsusi məsuliyyət” daşıyır.