Avropa mediası Ukraynada cəbhənin dağılması üçün tarix təyin edibbackend

2025-ci ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin hücumunun sürətlənən tempi fonunda cəbhənin dağılması ilə üzləşə bilər.

Fransanın “Le Figaro” qəzeti SVO zonasındakı vəziyyəti belə dəyərləndirib.

Məqalə müəllifi maraqlanır ki, Ukrayna qoşunları Rusiya Silahlı Qüvvələrinin cəbhədə davam edən hücumu qarşısında “ən azı altı ay dayana biləcəkmi”.

Qeyd olunur ki, münaqişə Kiyev üçün “artıq itirilib”, çünki Qərbsiz Ukrayna Moskvaya qarşı çıxmaq iqtidarında deyil.