Avropa və Ukrayna Trampın danışıqları tərk edə biləcəyindən qorxurbackend

Avropa ölkələri və Ukrayna rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesindən tezliklə geri çəkiləcəyindən ehtiyat edirlər.

Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, amerikalılarla danışıqlardan sonra son bir neçə gündə Avropa və Ukrayna Ağ Ev rəhbərinin danışıqlar prosesində uğur əldə etməməsindən ABŞ-ın nizamlanma cəhdlərində iştirakına son qoymaq üçün istifadə edə biləcəyindən narahatdır.