Avropa yəhudilərinin sinaqoqunda şəhidlərin xatirəsi anılıb – VİDEObackend

Bakıda Avropa Yəhudiləri Sinaqoqunda 27 sentyabr-Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Mərasimdə dini ayinlər yerinə yetirilib, şəhidlərin ruhuna dualar oxunub.

Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şnayer Seqal bildirib ki, bu gün yəhudi məktəbində də şəhidlərin anım mərasimi keçirilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: