Ukrayna münaqişə bitdikdən sonra qeyri-qanuni silah alveri üçün qlobal mərkəzə çevrilə bilər.
Bu barədə “The Telegraph” Avropa Polis Agentliyinin (Avropol) hesabatına istinadən xəbər verir.
Sənəddə qeyd olunur ki, Ukrayna ərazisində mütəşəkkil cinayətkar qruplar döyüş meydanında tərk edilmiş silah, sursat və pilotsuz təyyarələrdən istifadə edə bilər.