Avrozonada sənaye istehsalının azalması iyul ayında daha da güclənib. İşgüzar aktivlik indeksi (PMI) 45,6 bəndədək azalaraq bu ilin əvvəlindən bəri ən aşağı səviyyəyə çatıb.
Bu barədə “Politico” S&P Global beynəlxalq reytinq agentliyinə istinadən yazır.
Avropanın “lokomotivləri” – Fransa və Almaniya ən pis göstəriciləri göstərir. İyulda Almaniyada PMI 42,6 bənd, Fransada 44,1 bənd təşkil edib.
Mənbə: Bloomberg














