Avropada qaz anbarları dolduruldubackend

Avropa ölkələri öz yeraltı qaz anbarlarını 90% hədəf səviyyəsinə qədər doldurublar. RİA Novosti xəbər verir ki, bunu Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatları sübut edir.

Avqustun 16-da qaz gününün sonuna (17 avqust Moskva vaxtı ilə saat 7:00-da başa çatıb) yeraltı qaz anbarları 90,12% dolu olub. Ümumilikdə onların tərkibində təxminən 99,5 milyard kubmetr var.

Bloomberg Almaniyanın Qaz Anbarı Operatorları Assosiasiyasının bəyanatına istinadən xəbər verir ki, avqustun 10-da Almaniyanın 2027-ci ilin əvvəlinə qədər qaz çatışmazlığı ilə üzləşəcəyi bildirilmişdi. Onun icraçı direktoru Sebastyan Bleşke qeyd edib ki, mayeləşdirilmiş təbii qazın qəbulu üçün yeni terminallar, anbarlar və qaz kəmərləri olmadıqda belə bir problem Avropanın ən böyük iqtisadiyyatı üçün yarana bilər.

Mənbə: RİA Novosti