Avropada qazın qiyməti Braziliya və Avstraliyadakı risklər səbəbindən artıbbackend

Braziliyanın enerji sistemində fasilələr və Avstraliyadakı fabriklərdə tətillər səbəbindən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün azala biləcəyi qorxusu Avropada qazın qiymətinin 1000 kubmetr üçün 450 dollara qədər artmasına səbəb olub. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Cəmi bir gündə Avropada qazın qiyməti 15% bahalaşıb. Qiymətlərin qalxmasına Avropa İttifaqı ölkələrində bərqərar olan isti və sakit hava şəraiti də kömək edir.

Nəşr qeyd edir ki, çox güman ki, qiymətlərin kəskin artmasının bilavasitə səbəbi Braziliyanın enerji sistemində ölkənin demək olar ki, bütün ştatlarını əhatə edən böyük qəza olub. Ölkənin energetikasının əsasını təşkil edən su elektrik stansiyalarının işində fasilələr yaranarsa, Braziliya, bir qayda olaraq, qazla işləyən elektrik stansiyaları hesabına enerji kəsirini ödəmək üçün LNG alışını xeyli artırır. Üstəlik, ötən həftə Avstraliyadakı LNG zavodlarında tətil təhlükəsi səbəbindən qiymətlər artıq artıb.

Mənbə: Gazeta.Ru