Qərbi Avropa anomal istilərlə üzləşir, bəzi bölgələrdə temperatur demək olar ki, 50°C-ə çatır.
Bununla əlaqədar olaraq Avropada ənənəvi olaraq istiliklə mübarizənin effektiv vasitəsi sayılan kondisionerlərdən istifadəyə qarşı kampaniyaya start verilib, Forbes yazır.
İspaniyada 1965-ci ildə Sevilyada qeydə alınan ən yüksək temperatur (45,2°C) üzrə milli rekord qırılıb. Şənbə günü Əndəlusiya əyalətindəki Qranadada temperatur 46°C-yə yüksəlib. Portuqaliyada bu həftə 44°C-yə qədər isti olacağı gözlənilir.
İtaliya da istidən əziyyət çəkir. Bildirilir ki, tibbi qruplar təcili yardım göstərmək üçün Milan, Roma, Venesiya və Florensiyada turistik yerlərin yaxınlığında növbətçilik edirlər. Buna baxmayaraq, yerli səhiyyə xidmətləri isti vurma hallarında 10% artım qeydə alıb. İtaliya Təcili Yardım Cəmiyyətinin vitse-prezidenti Mario Quarinonun sözlərinə görə, “isti vuruşları ən çox yüksək temperatur və yüksək rütubətli şəhərlərdə baş verir”.