Çərşənbə axşamı Avropada qazın spot qiyməti bu ilin aprel ayının əvvəlindən bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb. Bunu ticarət məlumatları sübut edir.
Hazırda sabah çatdırılma müqaviləsi 506 dollara çatdı, lakin sonra 486 dollar səviyyəsinə düzəldilib. Kəskin artımın əsas səbəbi Avropada külək stansiyalarında elektrik enerjisi istehsalının ötən həftəsonu 26%-dən bu gün 10%-ə enməsi olub. Ekspertlər qiymətləri dəstəkləyən digər amili Avstraliyadakı LNG zavodlarında tətillərin bərpası adlandırırlar.
Noyabrda tədarük üçün qaz fyuçers müqavilələri də 500 dollar həddini keçib. Qazın bahalaşmasının səbəblərindən biri Finlandiyanın “Balticconnector” qaz kəmərinin ötən həftəsonu təcili dayandırılması olub. Çərşənbə axşamı günü Finlandiya səlahiyyətliləri fövqəladə vəziyyətlə əlaqədar mətbuat konfransı keçirəcəklərini açıqladılar. Yle televiziya və radio kanalının aydınlaşdırdığı kimi, o, “Finlandiyada təhlükəsizlik vəziyyətində həyəcanverici dəyişiklik” elan edəcək. Yle qeyd edib ki, Finlandiya kəşfiyyat xidmətləri və onun sərhəd xidməti insidentin araşdırılmasında iştirak edir.
Mənbə: A Haber











