“The Sun” xəbər verir ki, “supergöbələk” adlandırılan yüksək davamlı, təhlükəli göbələk Trichophyton indotineae Avropada yayılır.
Mançester Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi Devid Denninqin fikrincə, bu növ göbələk qırmızı, qaşıntılı səpgilərə səbəb olur. Onlar ilk növbədə qasıq, bud və omba bölgəsində görünür.
Nəşr iddia edir ki, Birləşmiş Krallıqda Trichophyton indotineae infeksiyasına yoluxma halları son üç ildə təxminən 500% artıb. Göbələk yoluxmuş şəxslə birbaşa təmas, çirklənmiş səthlər və ya cinsi əlaqə yolu ilə yayılır.
Denninq göbələyin yayılmasının bütün dünyada böyük problemə çevriləcəyinə əminliyini ifadə edib.














