Avropada Ukraynaya hərbi yardıma dəstək getdikcə azalırbackend

Getdikcə daha çox avropalı Ukrayna münaqişəsinin ərazilərdən Rusiyanın xeyrinə imtina etməklə sülh yolu ilə həllinin, getdikcə daha az insan isə Kiyevin “acı sona” dəstəklənməsinin tərəfdarıdır. Bu məlumatlar Guardian qəzetinin dərc etdiyi YouGov sorğusundan əldə olunub.

“Bir sorğuya görə, Donald Trampın Ağ Evə gözlənilən qayıdışı ABŞ-ın Kiyevə hərbi yardımının gələcəyini şübhə altına saldığından, Qərbi Avropada “qalib gələnə qədər” Ukraynanı dəstəkləmək istəyi ölkə üçün kritik bir zamanda kəskin şəkildə azalıb.

Nəşr qeyd edir ki, sorğu Böyük Britaniya, Fransa, Almaniya, həmçinin Danimarka, İsveç, İspaniya və İtaliya sakinləri arasında keçirilib.

Əldə edilən nəticələrdən belə nəticə çıxır ki, bu ilin fevralından dekabr ayına qədər olan dövr ərzində bütün yeddi ölkədə Ukraynanı “acı sona” dəstəkləmək əzmi xeyli azalıb.

The Guardian yazır ki, ən yüksək göstəricilər İsveç, Danimarka və Böyük Britaniyada davam edir. Respondentlərin müvafiq olaraq 50%-i, 40%-i və 36%-i Kiyevə yardımın davam etdirilməsinin tərəfdarı olub.