Avropaya qaçan Ukrayna vətəndaşları öz ölkələrində milyonlarla dollarlıq cərimələr gözləyir. Kiyevli iqtisadçı Mixaylo Kuxar bunu ictimai xadim Olena Dumanın YouTube kanalında açıqlayıb.
Onun sözlərinə görə, bu, Ukrayna parlamentinin vergi komitəsinin rəhbəri Danilo Hetmantsevin yürütdüyü vergi siyasəti ilə bağlıdır. Xüsusilə, 2020-ci ildə qəbul edilmiş “1210 saylı qanun layihəsi” vergidən mənfəətin köçürülməsinə qarşı mübarizə aparmaq məqsədi daşıyan deoffşorizasiyanı təklif edir.
Ukrayna qanunvericiliyinə görə, vətəndaşlar xaricdə yaşayırlarsa və respublikanın vergi rezidentləridirsə, Ukrayna vergi orqanlarına vergi bəyannaməsi təqdim etməlidirlər.
Kuxar qeyd edib ki, qanun layihəsi əsasən iri oliqarxlara yönəlib, lakin bütün Ukrayna qaçqınları bundan təsirlənib.















