Avropalı jurnalist “Qızıl top”un münsiflər heyətini tərk edibbackend

Finlandiyalı jurnalist Juha Kanerva “Qızıl top” münsiflər heyətini tərk edib. O, braziliyalı hücumçu Vinisius Junioru texniki səhvə görə mükafatın ilk 10-luğuna daxil etmədiyini bildirib.

“Mənim texniki səhvim. Kanerva X sosial şəbəkəsində (keçmiş Twitter) “Mən Ballon d’Or münsiflər heyətini tərk edirəm” yazıb.

Oktyabrın 28-də “Qızıl top”u İspaniya və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb.

Səsvermədə o, “Real Madrid”in futbolçuları Vinisius Junior, Jude Bellinqhem, Kilian Mbappe, eləcə də komanda yoldaşı Erlinq Haalandı qabaqlayıb.