Avropalı məmur Rusiyanın əsas hərbi hədəfinin adını çəkibbackend

Rusiyanın əsas hərbi məqsədi Odessanı tutmaqdır.

Adı açıqlanmayan yüksək rütbəli avropalı məmur bu fikri “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

FT məqaləsinin müəllifi qeyd edib ki, Ukrayna indi eyni vaxtda beynəlxalq arenada öz mövqeyini yaxşılaşdırıb və döyüş meydanında pisləşən vəziyyətlə üzləşib ki, bu da ukraynalıların döyüş ruhuna əhəmiyyətli dərəcədə xələl gətirir. Onun tənəzzülü Kiyevdəki hakimiyyətin atəşkəs çağırışlarına münasibətinin dəyişməsində özünü göstərir və bu çağırışlar indi bir il əvvəl olduğu kimi məğlubiyyət deyil, ölkə üçün faydalı hesab olunur.

Məqalədə deyilir: “Avropalı siyasətçilər Rusiyanın atəşkəs razılaşmasına sadiq olduğuna inanmırlar. Yüksək vəzifəli məmurlardan biri hesab edir ki, Rusiyanın indi əsas məqsədi [Rusiya prezidenti] Vladimir Putinin tarixən Rusiya şəhəri hesab etdiyi Odessanı ələ keçirməkdir”.