Avropanın ABŞ-ın nüvə çətirindən imtina etmək niyyəti yoxdurbackend

Reuters agentliyinin Almaniya hökumət sözçüsünə istinadən verdiyi məlumata görə, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron arasında Avropanın birgə nüvə silahından çəkindirmə sistemi yaratmaq barədə danışıqlar ilkin mərhələdədir və ABŞ-ın nüvə silahından çəkindirmə sistemini əvəz etməyi hədəfləmir.

“Danışıqların məqsədi nüvə silahından çəkindirmə sahəsində daha sıx əməkdaşlığın necə əldə edilə biləcəyini araşdırmaqdır. Onlar hələ çox erkən mərhələdədirlər. Söhbət ABŞ-ın nüvə silahından çəkindirmə sistemini əvəz etməkdən deyil, onu tamamlamaqdan və gücləndirməkdən gedir. ABŞ NATO-nun nüvə silahından çəkindirmə sistemində mərkəzi rol oynayır. Hazırda vəziyyət belədir və biz bunu gələcəkdə də belə saxlamaq istəyirik”, – deyə o qeyd edib.