Avropanın hansı ölkəsinin qışda qaza qənaət edəcəyi məlum olubbackend

İsveçrə Federal Şurası 2024-cü ilin oktyabrından 2025-ci ilin martına qədər olan dövrdə qaz istehlakını 15% azaltmaq qərarına gəlib. Bu barədə Prime yazır.

İsveçrə enerjiyə qənaət məsələlərində həmrəylik nümayiş etdirərək Avropa İttifaqı ölkələrindən nümunə götürür. Bu addımın səbəbi hazırkı geosiyasi vəziyyətlə əlaqədar Avropada qaz tədarükü ilə bağlı yaranmış gərgin vəziyyət olub.

“İsveçrədə illik qaz istehlakının təxminən 75%-i qışda binaların qızdırılması üçün istifadə olunur. Buna görə də 15%-lik könüllü qənaət hədəfi bu intensiv istehlakın olduğu aylarda tətbiq edilir və ev təsərrüfatlarında, sənayedə, xidmətlərdə və dövlət idarələrində könüllü tədbirlər vasitəsilə əldə edilməlidir”, – Federal Şuranın bəyanatında deyilir.

Mənbə: Prime