Avropanın poçt operatorları ABŞ-a bağlamaların qəbulunu dayandıracaqlarbackend

İnterfaks xəbər verir ki, Norveç, İsveç və Belçikanın poçt operatorları ABŞ-a göndərilən bağlamaların qəbulunu müvəqqəti dayandırır.

Bu qərar avqustun 23-dən qüvvəyə minəcək və bu cür daşımalara tətbiq edilən gömrük rüsumları ilə bağlı vəziyyət aydınlaşana qədər qüvvədə qalacaq.

Posten Bring, PostNord və bpost-un dərc etdiyi xəbərlərə görə, bu qərar ABŞ-da dəyəri 800 dollardan çox olmayan malların olduğu bağlamaların gömrük rüsumlarından azad edilməsini nəzərdə tutan güzəştli rejimin ləğvi ilə əlaqədar qəbul edilib.