Britaniyanın baş naziri Rishi Sunak Avstraliyanın Britaniya nüvə sualtı qayıqlarını Amerikadan üstün tutacağını gözləyir.
Bu barədə The Guardian məlumat yayıb.
Nəşr qeyd edir ki, martın 13-də Sunak ABŞ-a gedəcək və orada Avstraliyanın baş naziri Entoni Albanese, eləcə də ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Güman edilir ki, görüşdə Avstraliya tərəfinin AUKUS müdafiə paktı çərçivəsində hansı sualtı qayıqları alacağını açıqlayacaqlar.
Mənbə: The Guardian
İctimai.az

