Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının genişləndirilməsinin lehinə çıxış ediblər.
Bu barədə nazirlərin birgə bəyanatında deyilir.
Bəyanata görə, iştirakçılar BMT Təhlükəsizlik Şurasında islahatların aparılması üçün danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürürlər. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi “müasir reallığı əks etdirmir”.
Onun sözlərinə görə, bunu artırmaq, o cümlədən Afrika üçün daimi oturacaq yaratmaq lazımdır.
Mənbə: Reuters
İctimai.az

