Avstraliyanın baş naziri Entoni Albanese Sidneydəki terror aktından sonra hökumətin federal hüquq-mühafizə orqanları və kəşfiyyat orqanlarına baxış keçirəcəyini açıqlayıb.
Baxış zamanı Baş Nazir və Hökumət Departamenti federal hüquq-mühafizə və kəşfiyyat orqanlarının vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi səlahiyyətlərə, strukturlara, proseslərə və məlumat mübadiləsi mexanizmlərinə malik olub-olmadığını araşdıracaq.
Albanese vurğulayıb ki, İslam Dövlətinin (Rusiyada qadağan olunmuş təşkilat) təsiri altında həyata keçirilən terror aktı Avstraliyada sürətlə dəyişən təhlükəsizlik mühitini təsdiqləyir. Buna görə də, təhlükəsizlik orqanları təhdidləri aradan qaldırmaq üçün mümkün qədər hazır olmalıdır.
Baxışa Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatının (ASIO) keçmiş rəhbəri Dennis Riçardson rəhbərlik edəcək.














