Avstraliya Ehtiyat Bankı (RBA) əsas faiz dərəcəsinin artırılmasını təxirə salıb və illik 3,6% səviyyəsində saxlayıb.
Bu barədə tənzimləyicinin mətbuat xidməti öz saytında məlumat yayıb və vurğulanıb ki, göstərici 2022-ci ilin may ayından bəri ilk dəfə olaraq eyni səviyyədə qalıb.
“RBA İdarə Heyəti, artan faiz dərəcələrinin bazara və ölkə iqtisadiyyatı perspektivlərinə təsirini qiymətləndirmək üçün baza dərəcəsini 3,6% səviyyəsində buraxmaq və onun gələcək artımını gələn aya təxirə salmaq qərarına gəlib”deyə tənzimləyicinin idarə heyətinin rəhbəri Filip Lou bildirib.
İctimai.az

