Avstraliya ordusunda kütləvi intihar baş veribbackend

Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra son üç həftədə doqquz hərbçi intihar edib.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Mənbə yazır ki, qısa bir müddətdə doqquz hərbi qulluqçunun intihar etməsi Avstraliya ordusu tarixində görünməmiş bir hadisədir.

Qeyd edək ki, Avstraliyada istintaq xüsusi təyinatlı zabitlərin Əfqanıstandakı 2005-2016-cı illərdəki fəaliyyətini araşdırır.

Bildirilir ki, xüsusi təyinatlılar onlarla mülki vətəndaşın qətlində şübhəli bilinir.

İctimai.az