Avstraliyada əskinaslardan Britaniya monarxiyası yoxa çıxırbackend

Avstraliya Britaniya monarxını yeni dizayn edilmiş əskinaslardan yığışdırır.

Avstraliyanın Ehtiyat Bankı (RBA) açıqlamasında bildirib ki, yeni 5 dollarlıq əskinasın dizaynı yerli avstraliyalıların mədəniyyətini və tarixini təmsil edəcək.

Simvolik olsa da, Britaniya monarxı Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyadan başqa Birlik üzvü olan 12 ölkənin də dövlət başçısı hesab olunur.

Avstraliyalılar 1999-cu ildə keçirilən referendumda Britaniya monarxının dövlət başçısı olaraq qalmasını dəstəkləyiblər.

Qeyd edək ki, Avstraliya keçən il “ölkə gənc və azaddır” ifadəsini çıxarmaq üçün milli himnini rəsmi olaraq dəyişdirdi.

Mənbə: Haber 7

İctimai.az