Avstraliyada iki timsahın içərisində itkin düşən kişinin qalıqları tapılıbbackend

Avstraliyada iki timsahın içərisində itkin düşən kişinin qalıqları tapılıb, Kompleks yazır. Mərhumun balıq tutmağa getdiyi və itkin düşdüyü bildirilir.

Polis əlavə edib ki, vəhşi təbiət cəmiyyətinin nümayəndələri tərəfindən evtanaziya edilən iki timsahın içərisində balıqçının qalıqları tapılıb. DNT analizi cəsəd fraqmentlərinin itmiş Kevin Darmodiyə aid olduğunu göstərib.

Kevin ailəsinin dediyinə görə, kişi balıq tutmağa gedib və itkin düşüb. Darmody timsahların yüksək aktivliyi ilə tanınan yerdə balıq tutmağı planlaşdırırdı.