Avstraliyada “iPhone” şəklində silah ələ keçirilibbackend

Avstraliyanın Mandurah şəhərində bir evə basqın edən polis çoxlu sayda silah və narkotik maddə, həmçinin “iPhone” formasında silah tapıb.

Avstraliyanın Mandurah əyalətinin Baldivis bölgəsində polis narkotik və silah qaçaqmalçılığında şübhəli bilinən bir evə basqın edib.

Basqın zamanı çoxlu sayda silah və narkotik vasitə ələ keçirilib. Qərbi Avstraliya polisinin mövzu ilə bağlı verdiyi açıqlamada silah və narkotik ticarəti ilə məşğul olan 31 yaşlı bir şəxsin də nəzarətə alındığı bildirilib.

Polis əməliyyat çərçivəsində “iPhone” şəklində silahın da ələ keçirildiyini bildirib.

Telefona bənzər silahın atəş edib-etmədiyini öyrənmək üçün ballistik sınaqlara göndərildiyi bildirilib.

Mənbə: İHA

İctimai.az