UPI yazır ki, avstraliyalı qadın biletin üzərində yuxusunda gördüyü rəqəmlərin üstündən xətt çəkərək lotereyada 670 min dollar qazanıb.
Adının açıqlanmasını istəməyən qadının sözlərinə görə, o, mükafatı evdən uzaqda olanda öyrənib. Qısa səyahətə çıxmazdan əvvəl avstraliyalı cekpot tirajında iştirak etmək qərarına gəlib və onun üzərində yuxusunda gördüyü rəqəmlərin üstündən xətt çəkərək bilet alıb. Qalib bir neçə gün sonra onlayn hesab balansını yoxlayanda əvvəlcə gözlərinə inana bilməyib.
“Mən bu nömrələri yuxumdan əzbərlədim və lotereya biletinin üstündən xətt çəkdim” dedi qadın.













