Avstraliyanın ABŞ-dakı səfiri Kevin Rudd ABŞ prezidenti Donald Trampdan daha əvvəl sosial mediada etdiyi tənqidi şərhlərə görə üzr istəyib, The Australian qəzeti xəbər verir.
Qəzetin yazdığına görə, üzrxahlıq Trampın oktyabrın 20-də Vaşinqtonda Avstraliyanın baş naziri Entoni Albanese ilə ikitərəfli görüşündən sonra baş verib.
Danışıqların yekunu üzrə keçirilən birgə mətbuat konfransında Trampa daha əvvəl onu ABŞ tarixinin “ən dağıdıcı” prezidenti adlandıran Avstraliya səfiri haqqında fikirlərini soruşublar. Buna cavab olaraq Tramp avstraliyalı diplomat haqqında heç nə bildiyini inkar etdi, lakin o, “üzr istəmək istəyə bilər” deyə təklif etdi.
“Tədbirdən sonra Kevin Rudd Trampa yaxınlaşaraq üzr istəyib”, – “The Australian” yazıb.