Avstraliya hökuməti yaxın günlərdə Fələstin dövlətini tanımağı planlaşdırır.
Bu barədə məlumatlı mənbələrə istinadən Sydney Morning Herald məlumat yayıb.
Onların məlumatına görə, Avstraliya hökumətinin başçısı Entoni Albanese Kanberranın Fələstin dövlətini tanımaq planlarını açıqlamağa hazırlaşır. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul etmək üçün yaxın günlərdə iclas keçirməyə hazırlaşır.