İran öz nüvə silahlarını inkişaf etdirməyə davam edir.
Bu barədə Amerikanın Fox News telekanalı Avstriya Konstitusiyasının Mühafizəsi və Terrorla Mübarizə üzrə Federal İdarəsinin (BVT) hesabatına istinadən məlumat yayıb.
Sənəddə İranın nüvə silahı proqramının uğurla davam etdiyi və Tehranın nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raketlərin artan arsenalına malik olduğu iddia edilir.
Avstriya məxfi xidməti hesab edir ki, İran kəşfiyyatı kütləvi qırğın silahları üçün hərbi texnika, həssas texnologiyalar və materialların alınmasına qoyulan məhdudiyyətlərdən yan keçməyə qadirdir.