Avstriya və Çexiya sərhədində sərhəd nəzarəti uzadılıbbackend

Avstriya hakimiyyəti Çexiya sərhədində müvəqqəti sərhəd nəzarətini aprelin 16-dək uzadıb. TASS bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Avstriyanın daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin uzadılması “qeyri-qanuni daşıyıcıların beynəlxalq mafiyası ilə mübarizə üçün atılan bir çox addımlardan biridir”.

Bundan əlavə, o, sərhəd nəzarətinin “ekstremistlərə qarşı qətiyyətli addımlar atmaq üçün vacib olduğunu” söylədi.

Mənbə: TASS