Çərşənbə günü Avstriya Xarici İşlər Nazirliyi 31 Avstriya vətəndaşının Qəzza zolağından uğurla təxliyə edildiyini açıqlayıb. Bu barədə RİA Novosti yazır.
İndi təxliyə edilənlər Avstriya böhran qrupunun nəzarəti altında Misir ərazisindədir.
Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki rəsmi hesabında qeyd olunur ki, Avstriya hakimiyyəti öz vətəndaşlarının təhlükə zonasını tez bir zamanda tərk etmələri və təhlükəsiz şəraitdə olmaları üçün bütün səyləri göstərir.
Mənbə: RİA Novosti