Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Ryazan vilayətində yeni evə köçməkdən danışıbbackend

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl IV Avrasiya Qadınlar Forumunda pişik və ördəklərlə yaşadığı Ryazan vilayətində yeni evə köçdüyünü bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz kiçik taxta ev tikdik, orada mən pişiklərim, itlərim, toyuqlarım və ördəklərimlə xoşbəxt yaşayıram. Mən artıq ora köçmüşəm və orada yaşayıram”, – Kneissl paylaşıb.

O, əlavə etdi ki, evinin yerləşdiyi kəndin yaxınlığında ərzaq mağazası və avtobus dayanacağı var, kəndin özündə də gözəl insanlar yaşayır.